CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vacib yolun tikintisi ilə bağlı qərar verildi

© Official website of President of Azerbaijan RepublicYeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra
Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,4 milyon manat ayrılıb

BAKI, 12 sentyabr — Sputnik. Prezident İlham Əliyev “Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti
0