Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Yaxın gələcəkdə Astana formatı mahiyyətini itirə bilər”

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, hər bir ölkə Suirya məsələsində daha çox öz maraqlarını təmin etməyə çalışır

Tofiq Abbasov: “Bəşər Əsəd hakimiyyətdən gedə bilər”
“Türkiyə, Rusiya və İran Suriya məsələsində müttəfiq olsalar da onların arasında böyük təzadlar var”. Bunu Sputnik Azərbaycan-a  sentyabrın 7-də Tehranda Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə keçirilmiş Suriya sammitini şərh edərkən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, əgər bu üç dövlət Astana formatının davamlı olmasını istəyirsə baza məsələrində razılığa gəlməlidirlər: “Bu bölgə Türkiyəyə yaxın olduğundan məsələyə daha həssas yanaşır. Türkiyə İdlib bölgəsində maraqlarının təmin olunmasını istəyir. Ancaq İranın bu məsələlərə münasibəti tam fərqlidir. Gələcəklə bağlı Rusiyanın mövqeyi belədir ki, Bəşər Əsəd hakimiyyətdən gedə bilər. Biz görürük ki, bu məsələdə yekdil bir fikir yoxdur. Hər bir ölkə çalışır ki, daha çox öz maraqlarını təmin etsin. Düşünürəm ki, belə getsə yaxın gələcəkdə Astana formatı mahiyyətini itirə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0