Paşinyan yeni dost axtarışında: İndi də Fransa və ABŞ-a gedir

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян
Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Abunə olmaq
Emmanuel Makron da Ermənistana rəsmi səfərə gələcək

BAKI, 12 sentyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

"14-15 sentyabr tarixlərində Ermənistan baş naziri Parisə səfər edəcək, prezident Emmanuel Makronla görüş keçirəcək" — deyə Balayan qeyd edib.

Onun sözlərinə görə görüş zamanı tərəflər bir sıra məsələləri müzakirə edəcək, gündəlik olduqca zəngindir. Balayan, həmçinin qeyd edib ki, Emmanuel Makron özü də Ermənistana rəsmi səfərə gələcək.

Sentyabrın sonunda isə Ermənistanın baş naziri ABŞ-a səfər edəcək. O, Nyu-Yorka səfər edərək BMT Baş Assambleyasının açılışında iştirak edəcək. Paşinyanın Baş Assambleyanın iclasında çıxışı və bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Görüşün detalları barədə daha sonra məlumat veriləcək.

Xəbər lenti
0