BAKI, 12 sentyabr — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Qəmzə Taşçıər ölkə parlamentində prezident Rəcəb Tayib Ərdoğanın istifadəsi üçün Qətərdən VİP təyyarə aldığı iddiasını gündəmə gətirib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Taşçıər prezident köməkçisi Fuad Oqtay tərəfindən yazılı olaraq cavablandırılması üçün sorğu verib. Millət vəkili təyyarənin satış qiymətinin 400 milyon (2.5 milyard lirə) olduğunu qeyd edib.
O, bildirib ki, Türkiyə qarşısı alınmayan valyuta məzənnəsinin artımı, hər keçən gün adambaşına düşən milli gəlirin azalması kimi iqtisadi problemlər yaşadığı bir zamanda, ölkəni idarə edənlər vətəndaşa qənaət etməyi məsləhət görür: "Ancaq təəssüflər olsun ki, idarəedici şəxslər cəmiyyətin malını lüksə xərcləyir. Qətər əmirinin avqust ayında satışa çıxardığı B747-8 tipli VİP təyyarə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən alınıb və sentyabrın 12-də Türkiyəyə daxil olub. Təyyarədə 7 yataq otağı, 2 xüsusi zal, konfrans otaqları, kiçik bir xəstəxana, 76 nəfərlik yer var”.