BAKI, 12 sentyabr — Sputnik. Hazırda Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü planlaşdırılmır. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Tiqran Balayan bildirib.
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü barədə sualı cavablandıran Balayan xatırladıb ki, XİN artıq bu məsələni şərh edib. XİN-in mətbuat katibi yenidən xatırladıb ki, görüş haqqında təklif var, lakin tərəflər görüş barədə razılaşdırılmış şəkildə məlumat yaymaq niyyətindədir.