BAKI, 12 sentyabr — Sputnik. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Baş katibin ölkə rəsmiləri, eləcə də XİN-də görüşləri nəzərdə tutulur. Baş katib Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qreminger həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.