CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanun dəyişdirilir, sərt cəzalar gələcək

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri Eldar İbrahimov bildirib ki, ağacların kəsilməsinə görə cəzalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və bununla əlaqədar Cinayət Məcəlləsinə də maddə əlavə olunmalıdır

BAKI, 12 sentyabr — Sputnik. Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkilləri ağacların kəsilməsinə görə cəzanın sərtləşdirilməsini təklif ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda millət vəkili Hüseynbala Mirələmov bildirib ki, yaşıllıqları qorumaq lazımdır və ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır: “Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Millət vəkili Cavanşir Paşazadə də həmkarının fikrini dəstəkləyib. O, həmçinin maarifləndirmə işlərinin aparılmasını da mühüm hesab edib.

Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
Ağac "qatili" təbiətə külli miqdarda zərər vurub

Komitə sədri Eldar İbrahimov bildirib ki, ağacların kəsilməsinə görə cəzalar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və bununla əlaqədar Cinayət Məcəlləsinə də maddə əlavə olunmalıdır. O, bildirib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.

Qeyd edək ki, iclasda həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişikliyə baxılıb. Həmin qanunun 11-ci (Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları) maddəsinə edilən dəyişikliyə görə, fiziki və hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə məlumatı bələdiyyədən ala biləcəklər. Dəyişiklik müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0