BAKI, 11 sentyabr — Sputnik. ABŞ paytaxtında "Florens" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.
“Report”un verdiyi xəbərə görə, bu barədə Vaşinqton şəhərinin meri Muriel Bouzer sərəncam imzaladığını "Twitter"dəki hesabında bildirib.
O həmçinin qasırğaya qarşı hazırlıqlı olmaq üçün bir sıra məsləhətlər də verib.