YAP-çı millət vəkilindən Türkiyəyə ilginc dəstək

Abunə olmaq
Aydın Mirzəzadə: "Bilirəm ki, bu, məsələni həll etmir. Ancaq, damla da dəstəkdir"

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Türkiyə iqtisadiyyatı və milli valyutasına dəstək məqsədi ilə şəxsi vəsaitinin bir qismini türk lirəsinə dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə deputat öz "Facebook" səhifəsində foto paylaşıb.

"Türkiyə lirəsinə təzyiqin olması Türkiyənin bütün dostları kimi məni də narahat edir. Bu gün bir qədər məbləği türk lirəsinə dəyişdim. Bilirəm ki, bu, məsələni həll etmir. Ancaq, damla da dəstəkdir" — deyə Aydın Mirzəzadə yazıb.

Qeyd edək ki, hazırda Türkiyədə bir ABŞ dolları 6,48 türk lirəsinə dəyişdirilir.

ABŞ ilə Türkiyə arasında başlayan siyasi böhranın iqtisadi böhrana çevrilməsinə səbəb olan olayda dünya ölkələri Türkiyənin tərəfini tutur. Avropa İttifaqı və İranın ardından İtaliya və Almaniya da Türkiyəyə dəstək mesajı verib.

Rahib Endryu Branson evinin eyvanı - Sputnik Azərbaycan
ABŞ - Türkiyə böhranına səbəb olan rahibdən gözlənilməz addım

Xatırladaq ki, avqustun 10-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb. "Türkiyədən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası — Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!" — deyə Tramp öz "Twitter" səhifəsində yazıb.

Onu da bildirək ki, daha əvvəl Türkiyədən gedən doqquz nəfərlik diplomatik heyət Amerika ilə Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, müzakirələrin davam etdiyini deyib.

Rahib Bransonın həbsi və Vaşinqton rəhbərliyinin aldığı sanksiya qərarları səbəbi ilə Türkiyə ilə ABŞ arasında başlayan böhranı həll etmək üçün ABŞ-a gedən türk nümayəndə heyəti dünən ABŞ dövlət katibinin birinci müavini Con Sullivan ilə bir araya gəlib. Lakin tərəflər heç bir razılıq əldə edə bilməyib.

Xəbər lenti
0