CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar daha asan şəkildə işıq pulu ödəyəcəklər

© Sputnik / Anar Mustafayev"ASAN Ödəniş" portalının istifadəçisi
ASAN Ödəniş portalının istifadəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Əhali və qeyri əhali abonentlərinin aylıq debutor işıq borcları ödənişlərinin artıq "ASAN Ödəniş" portalı vasitəsilə həyata keçirilməsi mümkündür

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "Azərişıq" ASC-nin birgə əməkdaşlığı çərçivəsində əhali və qeyri əhali abonentlərinin aylıq debutor işıq borcları ödənişlərinin artıq "ASAN Ödəniş" portalı vasitəsilə həyata keçirilməsi mümkündür.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, "ASAN Ödəniş" dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs, dövlətə məxsus 4 hüquqi şəxs olmaqla 118 dövlət qurumunun inzibati cərimələrinin, kommunal, aqrolizinq xidmətlərin ödənilməsi "ASAN ödəniş" dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları vasitəsilə həyata keçirilir. Həmçinin ödənişlər sistemə inteqrasiya edilmiş www.hesab.az, www.e-pul.az, www.portmanat.az ödəniş portalları, "e-Manat" və "Milli Ön" ödəniş terminalları, bank şöbələri vasitəsi ilə təmin edilir.

Xəbər lenti
0