Təyyarə gecikdi, pilot sərnişinlərə elə şey etdi ki...

© REUTERS / Arnd WiegmannAmerican Airlines Boeing 767-300ER
American Airlines Boeing 767-300ER - Sputnik Azərbaycan
Abunə olmaq
159 sərnişin növbəti günə qədər hava limanında qalmağa məcbur olub

BAKI, 11 sentyabr — Sputnik. "American Airlines" aviaşirkətinin pilotu əlverişsiz hava şəraiti ilə bağlı kursu dəyişən təyyarənin bütün sərnişinlərinə pits alıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Los-Ancelesdən Dallasdakı Fort-Uert hava limanına uçan təyyarə Uçito-Folsaya istiqamətləndirildikdən sonra 159 sərnişin növbəti günə qədər hava limanında qalmağa məcbur olub. Həmin vaxt təyyarənin kapitanı Cef Reyns məyus olan sərnişinləri təsəlli vermək üçün 40 qutu pitsa sifariş verib.

Aeroport işçilərindən biri hələ indiyə kimi belə bir şey görmədiyini bildirib.

Pilot isə etiraf edib ki, stressdən qurtulmaq üçün sərnişinlərə yalnız o kömək etməyib. Heyətin digər üzvləri sərnişinləri su və meyvə şirələri ilə təmin etməyə çalışıb. Digərləri isə avtobus təşkil edib və sərnişinlərin suallarını cavablandırıblar.

Xəbər lenti
0