Azərbaycanın xüsusi təyinatlı modeli "Mübarizə" filmində rol alıb

© © Foto T.Bəhruzi tərəfindən təqdim olunubAzərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzi
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzi - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin premyerası sentyabrın 27-də ölkənin bütün kinoteatrlarında olacaq

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. "II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzi vətənpərvər bədii film olan "Mübarizə"də baş rola çəkilib.

Bəhruzinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, filmin premyerası sentyabrın 27-də ölkənin bütün kinoteatrlarında olacaq. Bu film mövcud olan digər vətənpərvərlik filmlərindən onunla fərqlənir ki, onun çəkilişləri Nyu York, Moskva, Paris, Mayami və İstanbul kimi nəhəng meqapolislərdə həyata keçirilib. Bəhruzinin sözlərinə görə, bu film üzərində beynəlxalq komanda işləyib və ona görə də keyfiyyətinə görə, Hollivud standartlarına tam uyğun gəlir.

Filmin adı təsadüfən seçilməyib. Burada məqsəd odur ki, azərbaycanlıların gələcək nəsilləri də müharibədə erməni hərbçilərlə qeyri-bərabər döyüşdə həlak olan Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov kimi döyüşçü olsun. Filmin baş qəhrəmanı Azərbaycan ordusunun xüsusi təyinatlı bölməsində xidmət edir. O, vaxtilə Mübariz İbrahimovun cəsədinin qaytarılmasında şəxsən etmişdi. Filmdə KİV nümayəndələrinin çəkdikləri kadrlardan da istifadə edilib. 

Filmin əsas süjet xətti Azərbaycan Respublikasının Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir. Şəhid Mübariz İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılmasında məhz Mübariz Hüseynov bilavasitə iştirak edir və əməliyyatı uğurla başa çatdırır. Moskvada yaşayan və ticarətlə məşqul olan Həsən (qəhrəmanımızın qardaşı) erməni diasporu tərəfindən həyata keçirilən kef məclisində əyləncə naminə amansızcasına qətlə yetirilir və bu, bədbəxt hadisə kimi qələmə verilir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ört-basdır edildiyini düşünsələr də, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasıtəsi ilə düşür və baş verən hadisəni araşdırmağa başlayır.

Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporu ilə üz-üzə qoyur. Əsl düşmənin səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporunun olduğu üzə çıxır. Qardaşının qatilini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri faş edir və qisas almaq qərarına gəlir. Mübariz cinayətkarlardan qisas alarkən, onların öz metodundan istifadə edir. Yəni hər bir ölüm faktına "bədbəxt hadisə" donu geyindirir. Bu yolda ona uşaqlıq dostu olan Həmzə kömək edir. Bir çox əməliyyatları məhz Həmzənin vasitəsi ilə həyata keçirən Mübariz Azərbaycan diasporunun köməyini də hiss edir.

https://www.youtube.com/watch?v=n8aHI1WRAbg

Hadisələrin inkişafı zamanı Azərbaycandakı müxalif qüvvələrin — müstəqil jurnalistlərin, bloggerlərin və başqalarının Qərbin əli ilə maliyyələşdirilməsinin arxasında məhz erməni diasporunun əli olduğu aşkara çıxır. Bu yolda ilk olaraq Mübariz Nastyanı oğurlayır və Nastyanın simasında Qarabağla bağlı "erməni həqiqətləri"nə" tuş gəlir. Amma tarixi, dini, beynəlxalq hüquq istiqamətində bilgiləri dərin olan Mübariz Nastyanın düşüncəsini dəyişdirir. Mübarizin səbrinə, əzminə, məharətinə, elminə, təvazökarlığına heyran olan Nastya ona aşiq olur. Amma həyat tərzini mənəvi dəyərlər üzərində qurmuş Mübariz qətlə yetirilən qardaşı Həsənin və təmas xəttində qətlə yetirilən digər şəhid qardaşlarının qisasından başqa heç bir şey düşünmür.

Filmdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin düşmənimizin məhz erməni diasporu olduğunu vurğuladığı sənədli kadrlar da yer alıb.

Filmin ssenari müəllifi və rejissoru Rəşad Süleymanoğlu, bədii rəhbəri Elmar Bayramov, quruluşçu operatoru Məhəmməd Ağadır. Rollarda Murad Abdullayev, Əli Nəcəfi, Tehranə Bəhruzi, Aleksandra Biryukova və başqaları çəkilib.

Bəhruzinin sözlərinə görə, "Mübarizə" filminin kinoteatrlarda premyerasından sonra oktyabr ayında o Xəzər telekanalında da 8 seriya şəklində yayımlanacaq.

Xəbər lenti
0