BMT Türkiyə üçün xoşagəlməz İdlib raportunu açıqlayıb

© REUTERS / Umit Bektasİstanbuldan İdlibə humanitar yardım aparacaq avtobusun sürücüsü maşının ön hissəsinə Azad Suriya Ordusunun və Türkiyənin bayraqlarını asır, 10 sentyabr 2018-ci il
İstanbuldan İdlibə humanitar yardım aparacaq avtobusun sürücüsü maşının ön hissəsinə Azad Suriya Ordusunun və Türkiyənin bayraqlarını asır, 10 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
BMT baş katibinin sözcüsü qarşıdurmaların artdığı İdlibdə 2 milyon insanın vəziyyətindən və təhlükəsizliyindən narahat olduqlarını deyib

BAKI, 11 sentyabr — Sputnik. BMT son bir həftədə Suriyanın İdlib şəhərinə edilən hava hücumları nəticəsində 30 mindən çox insanın yerindən olduğunu və Türkiyə sərhədi yaxınlığına doğru hərəkət etdiyini açıqlayıb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, BMT baş katibinin sözcüsü Stephane Dujarric qarşıdurmaların artdığı İdlibdə 2 milyon insanın vəziyyətindən və təhlükəsizliyindən narahat olduqlarını deyib.

Son günlərdə artan hava hücumlarında çoxlu sayda insanın həyatını itirdiyini bildirən Dujarric 1-9 sentyabr tarixlərində 30 mindən çox insanın yaşadıqları yeri tərk edərək, Türkiyə sərhədinə yaxın yerlərə getdiyini deyib.

O, bütün çətinliklərə baxmayaraq, Türkiyə üzərindən bölgəyə humanitar yardımların davam etdiyini qeyd edib.

Xəbər lenti
0