Yerevan qarışıb, kütləvi dava düşüb, atışma baş verib

© Sputnik / Aram NersesyanПолиция Армении
Полиция Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb

BAKI, 10 sentyabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda 20-dən artıq şəxsin iştirakı ilə kütləvi dava faktı qeyd alınıb. Sputnik Ermənistan xəbər verir ki, hadisə "Razdan" stadionu yaxınlığında baş verib.

Fakt ötən gün günorta saatlarında qeydə alınıb. Qarşıdurma nəticəsində silahlar da işə düşüb. Nəticədə 26 yaşlı Robert Torosyan güllələnib. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır olduğundan polislərə ifadə verə bilməyib.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.

Xəbər lenti
0