CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xınalıq sakinləri haray çəkir: Onların gəlirini əlindən alan kimlərdir?

© Sputnik / Leyla AbdullayevaXınalıqda otluq sahəsi
Xınalıqda otluq sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Örüş sahələri əlimizdən alınıb, ayrı-ayrı imkanlı şəxslərə, kənar yerdən gələn fermerlərə verilib"

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanın ən gəzməli, görməli yerlərindən biri də Qubanın Xınalıq kəndidir. Bu kənd həm qədim tarixinə, həm də yerləşdiyi relyefə görə seçilir. Kənd əhalisinin gəlir mənbəyi, əsasən, turizm və kənd təsərrüfatıdır. İnsanlar daha çox kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olurlar.

Təəssüflər olsun ki, son zamanlar burada fərdi qoyunçuluq təsərrüfatları dağılır. Artıq 8-10 ilə yaxındır ki, Xınalıqda əhalinin əksəriyyəti xırdabuynuzlu heyvanları saxlamaqdan imtina edib. Bunun da başlıca səbəbi kənddə örüş sahələrinin ayrı-ayrı imkanlı şəxslər, kənar yerdən gələn fermerlər tərəfindən zəbt olunmasıdır.

Qubada qar - Sputnik Azərbaycan
HADİSƏ
Qar Xınalıq və Altıağacı ətraf aləmdən təcrid etdi

Bu barədə Sputnik Azərbaycan-a Xınalıq kənd sakini Yusif Şabanov məlumat verib: "Kəndimiz elə bir relyefdə yerləşir ki, burada gəliri ancaq heyvandarlıq və turizmdən götürə bilirik. Turizm sahəsində gəlir yalnız yay aylarında olur. İl boyu yeganə gəlirimiz heyvandarlıqdandır. Əhalimiz ta qədimdən heyvandarlıqla məşğul olub. Biz bu işdən əldə etdiyimiz gəlirlə oğul evləndirmişik, qız köçürmüşük, uşaq oxutmuşuq".

O, üzləşdikləri problemlə bağlı bunları danışıb: "Heyvan saxlaya bilməməyimiz, demək olar ki, kənd camaatının sonu deməkdir. İndi isə bəziləri bizim sonumuza çıxmaq istəyir. Əvvəllər böyük örüş sahələrimiz var idi. İndi isə həmin örüş sahələri əlimizdən alınıb, ayrı-ayrı imkanlı şəxslərə, kənar yerdən gələn fermerlərə verilib".

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndi
Xınalıq kəndi - Sputnik Azərbaycan
Xınalıq kəndi

Y.Şabanov örüş torpaqlarının məqsədəuyğun şəkildə istifadə olunmadığını, bir çox hissəsinin zəbt olunduğunu, çox az hissəsinin də əhaliyə pay torpağı kimi verildiyini deyib: "Siz kənd əhalisini toplayıb onlara söhbət etsəniz, görəcəksiniz ki, bu böyüklükdə kəndin cəmi 8-9 sakinin fərdi təsərrüfatında qoyun-quzu var. Çoxları qoyun-quzunu azaldıb, çünki otarmağa yer yoxdur. Bu da bizim vəziyyətimizi ağırlaşdırıb, kəndin cavanları qazanc ardınca xarici ölkələrə üz tuturlar".

Məsələ ilə bağlı Xınalıq kənd ərazi nümayəndəsi Nəsimi Məmmədovun fikirlərini öyrənməyə çalışdıq. O, sakinlərin dediklərinin həqiqətə uyğun olmadığını bildirdi: "Kənd camaatının fikirləri doğru deyil. Xınalıqda kəndlilərin mal-qara otarması üçün yetərincə torpaq sahələri var. Düzdür, əvvəllər daha çox idi, indi bir hissəsi fermerlərə torpaq sahəsi kimi verilib. Amma yenə də, yetərincə örüş sahələri var".

Xəbər lenti
0