BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni sözçü təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu gündən etibarən UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi jurnalist Cavid Xəlilov icra edəcək.
O, bundan əvvəl Səhiyyə Nazirliyində mətbuat xidmətinin əməkdaşı olub.
Qeyd edək ki, Cavid Xəlilovdan öncə UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinə Vüsalə Məmmədova rəhbərlik edib.