BAKI, 10 sentyabr — Sputnik. Amerikalı teleaparıcı Anjela Kenneke (Angela Kennecke) KELO-TV-nin (CBS) canlı efirində 21 yaşlı qızının artıq dozada narkotikdən istifadə nəticəsində ölməsindan danışıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, TV-dəki çıxışının fraqmentini özünün Twitter hesabında da paylaşıb.
Jurnalist bildirib ki, kanalın efirində ABŞ-dakı opioid böhranı barədə az məlumat paylaşmayıb. İndi isə iş elə gətirib ki, o, bu böhranla şəxsən qarşılaşıb: onun qızı Emili fentanillə zəhərlənərək ölüb.
"Heç vaxt istəməzdim ki, mənim ailə üzvlərimdən kimsə sizin axşam xəbərlərində eşitdiyiniz statistikanın bir hissəsi olsun. Bunu heç kəs istəmir. Mən və ailəm istedadlı, ağıllı, gözəl qızımız Emilinin itkisi ilə heç vaxt barışmayacağıq" — deyə jurnalist bildirib.
Kennekenin dediyinə görə, uzun müddət qızının narkoman olduğunu bilməyib. Biləndən sonra onlar qızla reabilitasiya barədə razılaşıblar. Amma bu, çox gec olub. Mütəxəssislərə müraciət edənə qədər artıq doza öz işini görüb.
Aparıcının fikrincə, onun şəxsi faciəsi ölkədə narkomaniya sahəsində çevrilişə səbəb ola bilər. O, buna görə telekanalın efirinə çıxaraq bu barədə danışır ki, hər kəsin başına gələ biləcək həmin problemə diqqət cəlb etsin. Kenneke həmçinin bildirib ki, qızının adına fond təsis edib. Bu fond narkotik asılılığı olanların reabilitasiya xərclərini ödəyəcək.
— Angela Kennecke (@AngelaKennecke) 5 сентября 2018 г.
Xatırladaq ki, Kennekenin qızı Emili bu il mayın 16-da aşırı dərəcədə narkotik maddə qəbul etdiyi üçün 21 yaşında ölüb.
2017-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp opioid böhranı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edib. Dövlət başçısı həmçinin özünün son kvartaldakı maaşını bu problemlə mübarizə üçün bağışlayıb. Məlumatlara görə, ABŞ dünyada adambaşına düşən narkotik istifadəçilərinin sayına görə dünyada liderdir.
https://twitter.com/AngelaKennecke/status/1037480311519621121