BAKI, 10 sentyabr — Sputnik. Daxili işlər naziri Ramil Usubov millət vəkili Qənirə Paşayevanı "Azərbaycan Polisinin 100 illiyi (1918-1920)" medalı ilə təltif edib. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili özü bu barədə "Facebook"da məlumat paylaşıb.
"Daxili işlər naziri, cənab Ramil Usubova məni "Azərbaycan Polisinin 100 illiyi (1918-1920)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin, asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə üzərinə düşən vəzifələri daim peşəkarlıqla yerinə yetirən Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duydum" — deyə deputat yazıb.
"Cənab nazirə təşəkkür məktubunda da qeyd etdiyim kimi, hörmətli Ramil müəllimə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına şərəfli işlərində hər zaman uğurlar diləyirik. Azərbaycanımız hər zaman daha da inkişaf etsin və güclü olsun" — Q.Paşayeva vurğulayıb.