BAKI, 10 sentyabr — Sputnik. ABŞ-da yeniyetmələrin davası ölümlə nəticələnib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "McDonalds"da başlayan dava zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə ABŞ-ın Alabama ştatının Obern şəhərində baş verib. Polisin məlumatına görə, gecə saatlarında gənclər arasında başlayan mübahisə atışma ilə sonlanıb. Atışmada iştirak edənlər 16-21 yaşlı şəxslər olub.
Polis hadisə ilə bağlı araşdırma aparır. Gənclərdən birinin hadisə yerində öldüyü bildirilir.