Məşhur kriminal avtoritet güllələndi

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidSoçidə polis əməkdaşı, arxiv şəkli
Soçidə polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Naməlum şəxs kriminal avtoritetə travmatik avtomatdan atəş açıb

BAKI, 10 sentyabr — Sputnik. Soçidə “Kalatoz” ləqəbi ilə məşhur olan kriminal avtoritet Davi Karseladzeyə qarşı sui-qəsd təşkil olunub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.

İlkin məlumatlara əsasən naməlum şəxs kriminal avtoritetə travmatik avtomatdan atəş açıb. Qanuni oğru güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Hazırda o reanimasiyadadır.

Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

Xəbər lenti
0