CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur kəndə pul ayrıldı

© Sputnik / Shahperi Abbasovaİsmayıllı rayonunun İvanovka kəndi
İsmayıllı rayonunun İvanovka kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
İvanovka kənd Mədəniyyət Sarayı əsaslı təmir ediləcək

BAKI, 10 sentyabr — Sputnik. Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.

Xəbər lenti
0