BAKI, 10 sentyabr — Sputnik. Gürcüstanın baş naziri Mamuka Baxtadze Yerevana rəsmi səfərə gedib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, Baxtadze əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək, sonra isə geniş tərkibdə görüş olacaq.
Görüşlərdən sonra baş nazirlər mətbuata birgə açıqlama ilə də çıxış edəcəklər.
Gürcüstan baş naziri, həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və parlamenti spikeri Ara Babloyanla da görüşəcək.
Səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat yoxdur.