"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti 2010-cu ilin may ayında yaradılıb. Bu, Qafqazın ilk peyk operatorudur. 2017-ci ilin nəticələrinə görə, onun kommersiya təyinatlı istifadəsindən gələn gəlir 23 milyon dollar təşkil edib.
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan peykinin xidmətləri 19 ölkəyə ixrac edilib. 2018-ci ilin birinci yarısında Azərbaycanın Aerokosmos peyk operatorunun "Azerispace-1" və "Azerisky" yeri müşahidə peyklərinin kommersiya məqsədli istifadəsindən gələn gəlir 12,7 milyon dollar olub.
Azərbaycanın kosmik peykləri və onların kommersiya dövriyyəsi barədə ətraflı məlumatları Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.