ELM

Britaniyalılar yadplanetlilərin izlərini aşkar ediblər

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidSakit okean
Sakit okean - Sputnik Azərbaycan
Abunə olmaq
Sakit Okeanın dibində Yerdə olmayan texnikanın izi tapılıb

BAKI, 9 sentyabr — Sputnik. Sakit Okeanın dibində, dörd kilometr dərinlikdə, Meksika və Havay adaları arasındakı ərazidə qəribə izlər tapılıb.

"Report" xəbər verir ki, izlər təxminən iki metr yarım uzunluğunda və 30 santimetr dərinlikdə olan işarələrdən ibarətdir.

"Express.Co" portalı bildirib ki, izləri dərində çalışan robotun köməyi ilə tapmaq mümkün olub. İzləri Britaniyanın Sauthemptondakı Milli Okeanoqrafiya Mərkəzinin alimləri aşkar ediblər.

Alimlər bildiriblər ki, həmin əlamətlərdə qəribəlik var. Onların heç biri texnikanın, dəniz heyvanlarının (çünki işarələr çox böyükdür — red) izləri deyil. Çünki bu ərazidə heç elmi əməliyyat aparılmayıb. 

Bəziləri izlərin yadplanetlilərə məxsus olduğunu güman edir. 

Xəbər lenti
0