Moldova prezidentinin düşdüyü qəzanın görüntüləri yayıldı - VİDEO

© Photo : Autoblogİqor Dodounun korteji qəzaya düşüb
İqor Dodounun korteji qəzaya düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb

BAKI, 9 sentyabr — Sputnik. Moldova prezidenti İqor Dodonun avtomobilinin qəzaya uğraması zamanı anası və oğlu xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Moldova Milli Polisi məlumat yayıb. Onların sağlıq durumları barədə isə rəsmi məlumat verilmir.

Yerli mətbuatın yazdığına görə, yol qəzası zamanı Moldova prezidentinin anası ağır xəsarət alıb. Mətbuatda həmçinin qəza anının görüntüləri də yayılıb.

Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.

Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib.

Xəbər lenti
0