Trampdan eks-prezidentə qarşı hörmətsizlik - VİDEO

© REUTERS / Yuri GripasAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp Şimali Dakota ştatının Farqo şəhərində tərəfdarları ilə görüş zamanı Obamanın fikrinə reaksiya bildirib

BAKI, 8 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın İllinoys ştatında çıxışına münasibət bildirib. Sputnik Azərbaycan "ABC" telekanalına istinadən xəbər verir ki, Obama ənənəni pozaraq onun xələfi tərəfindən həyata keçirilən "dözümsüzlük və bölücü" siyasəti sərt şəkildə tənqid edib.

Obamanın fikrincə, belə hallar Trampdan da əvvəl olub, lakin hazırki prezident siyasətçilərin cəmiyyətdə uzun illər ərzində qaldırdığı narazılıqdan fayda əldə edir.

Bundan bir saat sonra isə Donald Tramp Şimali Dakota ştatının Farqo şəhərində tərəfdarları ilə görüş zamanı Obamanın fikrinə reaksiya bildirib. Hazırkı prezident Obamanın çıxışına qulaq asdığını etiraf edib: "Bu olduqca yaxşı çıxış idi. Onun sədaları altında yatmaq üçün çox yaxşı çıxış".

Xəbər lenti
0