SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstanda yaşayan azərbaycanlılar prezident seçkilərindən nə gözləyir?

© Photo : Oktay AbdullayevƏli Babayev
Əli Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
“Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev deyir ki, Gürcüstanda hazırki hakim komanda köhnə prezidentlərdən qalma problemləri həll etməyə çalışır

Əli Babayev: “Azərbaycanlılar namizədlərin çıxışlarını diqqətlə izləməlidir”
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün Azərbaycana dəvət göndərib.

“Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev Sputnik Azərbaycan-a deyir ki, artıq Gürcüstanda prezidentin səlahiyyətləri azalıb: 

“Baş nazir və parlament artıq onu səlahiyyətlərinin bir çoxunu icra edir. Artıq prezident olmaq istəyən 30-dan çox şəxs namizədliyini irəli sürüb. Gürcüstanda yaşayan azərbaycanlılar namizədlərin çıxışlarını diqqətlə izləməlidir. Gürcüstanda hazırki hakim komanda köhnə prezidentlərdən qalma problemləri həll etməyə çalışır. Artı müxtəlif istiqamətlərdə yavaş-yavaş islahatlar aparılır”.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0