BAKI, 8 sentyabr — Sputnik. Qadınlar "Əzizim, indi yox, mənim başım ağrıyır" – deyə cinsi əlaqədə olmaqdan imtina edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə həkim nevroloq Qalib Əsədov öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, qadınlar çox zaman düşünür ki, seks baş ağrısını daha da gücləndirəcək: "Bu tamamilə səhv fikirdir. Əksinə, seks nəinki baş ağrılarını yüngülləşdirir, hətta tam kəsə də bilir. Tez-tez miqren tutmasından əziyyət çəkən 50 qadın üzərində aparılan tədqiqatlar göstərib ki, onlardan 24-də cinsi əlaqədən dərhal sonra baş ağrısı dayanıb".
Həkim qeyd edib ki, orqazm zamanı beyindən çox miqdarda təbii ağrıkəsici vasitə — endofrin ifraz olunur. Bu da miqren tutmalarının dayanmasına, ağrıların sakitləşməsinə səbəb olur.