Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sona Vəliyeva: “Dövlətin təhsil strategiyasına töhfələr verməyə çalışırıq”

© Sputnik / Kemale AliyevaMilli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
“Kaspi" Təhsil Şirkətinin rəhbəri Sona Vəliyeva deyir ki, şagirdlərimizin xaricdə oxumaq istəyini nəzərə alaraq şaxələnmiş proqramla həm ölkə daxilindəki, həm də xaricdəki universitetlərdə qəbul üçün fəaliyyət təşkil edirik

Sona Vəliyeva: “Uğurlarımızın əsasında böyük nizam-intizam durur”
Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkəti 2017-2018-ci tədris ilinin nəticələrinə dair ənənəvi hesabat görüşü keçirib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, “Kaspi" Təhsil Şirkətinin (KTŞ) rəhbəri Sona Vəliyeva bildirib ki, bəzən yanlış olaraq milli təhsil proqramı ilə fəaliyyət göstərən məktəbləri dünya universitetlərinə qəbul ola bilməzlər: 

“Bu fikir çox yanlışdır. Biz şagirdlərimizin xaricdə oxumaq istəyini nəzərə alaraq şaxələnmiş proqramla həm ölkə daxilindəki, həm də xaricdəki universitetlərdə qəbul üçün fəaliyyət təşkil edirik. Bizim uğurlarımızın əsasında böyük nizam-intizam durur. Bütövlükdə uğurlarımızdan razıyam. Fəaliyyət göstərdiyimiz 10 ildən artıq müddətdə dövlətin təhsil strategiyasına töhfələr verməyə çalışırıq”.

Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Şirkət keçən 11 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 5 uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0