BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 7-də ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a DİN mətbuat xidmətindən xəbər verilib.
Məlumatda bildirilir ki, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Həmçinin axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.