Həsən Ruhanidən Vladimir Putinə maraqlı təklif

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin və Həsən Ruhani
Vladimir Putin və Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar bütün bəşəriyyət üçün təhdiddir və bu (əməkdaşlıq) onun qarşısının alınması üçün imkanlardan biridir

BAKI, 8 sentyabr — Sputnik. İranın dini lideri Əli Xameneyi Rusya prezidenti Vladimir Putinlə cümə günü baş tutan görüşün yekunları barədə danışarkən qeyd edib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər. Bu barədə Sputnik Azərbaycan "Mehrnews"-a istinadən xəbər verir.

"Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri – ABŞ-ın qarşısının alınması ola bilər. Çünki Birləşmiş Ştatlar bütün bəşəriyyət üçün təhdiddir və bu (əməkdaşlıq) onun qarşısının alınması üçün imkanlardan biridir", — deyə Xameneyi bildirib.

Qeyd edək ki, Vladimir Putin və Əli Xameneyi arasında görüş İran rəhbərinin Tehrandakı iqamətgahında baş tutub.

Xatırladaq ki, İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüş

Prezidentlərinin üçtərəfli zirvə görüşünün yekunları ilə bağlı birgə bəyannamə qəbul edilib.

Üç ölkənin prezidentləri — Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

Həsən Ruhani deyib ki, İdlibdə heç bir vətəndaş zərər görməməlidir. O, Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan müxaliflərin kökü kəsilənədək mübarizənin davam edəcəyini vurğulayıb. Ruhani ABŞ-ın Suriyadakı varlığına son qoyulmalı olduğunu da dilə gətirib.

Ərdoğan isə bildirib ki, İdlibdəki son hadisələr çox riskli bir vəziyyətə gəlib. Türkiyə prezidenti İdlibə hücumların fəlakətlə nəticələnəcəyini, hücum olarsa, milyonlarla insan Türkiyə sərhədinə doğru hərəkət edəcəyini vurğulayıb. Prezident Ərdoğan İdlibdə atəşkəs çağırışı edib: "İdlibdə dinc insanlar zərər görür, bombardman dayanmalıdır".

Sammitə dair bəyanatın səslənməsindən əvvəl isə Ərdoğan israrla bəyanatda atəşkəs ifadəsinə yer verilməsinin vacibliyini vurğulayıb. Putin də buna cavab olaraq "Danışıqlar masasında terrorçular, ya da silahlı müxalifətin nümayəndələri olmadığına görə, onların adından qərar verə bilmərik" cavabını verib.

Ərdoğan son olaraq "Nusra və digərlərinə tərksilah çağırışı edək" —deyib. Bu açıqlamanın ardından söz alan Ruhani iclası bitirib.

Bəyannamədə deyilir ki, Suriya ilə bağlı növbəti Türkiyə-Rusiya-İran üçtərəfli sammiti Rusiyada keçiriləcək.

Xəbər lenti
0