SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tehran görüşü bitdi, Moskva görüşünü gözləyək

© Photo : Cem Oksuz / Turkish Presidential Palace / Handout via REUTERSTürkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il //
Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il // - Sputnik Azərbaycan
Abunə olmaq
Tehran sammitində İran, Türkiyə və Rusiya prezidentləri birgə bəyannamə qəbul edib

BAKI, 7 sentyabr — Sputnik. İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, prezidentlərinin üçtərəfli zirvə görüşünün yekunları ilə bağlı birgə bəyannamə qəbul edilib.

Üç ölkənin prezidentləri — Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Tarixi görüş baş tutdu: Liderlər Ankarada nə qərara gəliblər?

Həsən Ruhani deyib ki, İdlibdə heç bir vətəndaş zərər görməməlidir. O, Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan müxaliflərin kökü kəsilənədək mübarizənin davam edəcəyini vurğulayıb. Ruhani ABŞ-ın Suriyadakı varlığına son qoyulmalı olduğunu da dilə gətirib.

Ərdoğan isə bildirib ki, İdlibdəki son hadisələr çox riskli bir vəziyyətə gəlib. Türkiyə prezidenti İdlibə hücumların fəlakətlə nəticələnəcəyini, hücum olarsa, milyonlarla insan Türkiyə sərhədinə doğru hərəkət edəcəyini vurğulayıb. Prezident Ərdoğan İdlibdə atəşkəs çağırışı edib: "İdlibdə dinc insanlar zərər görür, bombardman dayanmalıdır".

Sammitə dair bəyanatın səslənməsindən əvvəl isə Ərdoğan israrla bəyanatda atəşkəs ifadəsinə yer verilməsinin vacibliyini vurğulayıb. Putin də buna cavab olaraq "Danışıqlar masasında terrorçular, ya da silahlı müxalifətin nümayəndələri olmadığına görə, onların adından qərar verə bilmərik" cavabını verib.

Ərdoğan son olaraq "Nusra və digərlərinə tərksilah çağırışı edək" —deyib. Bu açıqlamanın ardından söz alan Ruhani iclası bitirib.

Bəyannamədə deyilir ki, Suriya ilə bağlı növbəti Türkiyə-Rusiya-İran üçtərəfli sammiti Rusiyada keçiriləcək.

Xəbər lenti
0