Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edildi

© pixabay / andreas160578Ovçu
Ovçu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda ov etmək istəyən xarici vətəndaşlar mütləq şəkildə müvafiq şirkətlərə müraciət etməlidirlər

BAKI, 7 sentyabr — Sputnik. Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyi (ETSN) Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-də bu gün keçirilən m­ətbuat konfransında məlumat verilib.  

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
ETSN əhalini xəbərdar edir

ETSN-nin Bioloji Müx­təlifliyin Qorunması və Xüsusi Mühafizə Ol­unan Təbiət Əraziləri­nin İnkişafı Departam­entinin direktoru Hik­mət Əlizadə bildirib ki, Azərbaycanda ov etmək istəyən xarici vətəndaşlar mütləq şəkildə müvafiq şirkətlərə müraciət etməlidirlər.

Qurum rəsmisi onu da qeyd edib ki, həmin şirkətlər də əməkdaşlıq etmək üçün müvafiq qaydada nazirliyə müraciət etməlidir: "Hansı şirkətin uğurlu təcrübəsi varsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ov təşkil etmək istəyən şirkətlərlə iltizam imzalanır. Məqsədimiz Azərbaycanda sivil qaydada ov aparılmasıdır. Ov elə aparılmalıdır ki, ətraf mühitə ciddi ziyan dəyməsin".

H.Əlizadə qeyd edib ki, ov mövsümü başlayandan bu günə kimi — 3 ay ərzində 10 şirkət xarici ovçuların ovunu təşkil etmək üçün nazirliyə müraciət edib. Yeddi şirkət dağ kəlinin, üç şirkət isə quş ovunu təşkil etmək üçün müraciət edib və şirkətlərin hər birinin müraciətinə müsbət cavab verilib.

Xəbər lenti
0