Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Şərəfsiz", "işverən": Bakılı molla ilə gəncəli oğru arasında şok olay - VİDEO

© Sputnik / Anar MustafayevМужчина с четками в руке, фото из архива
Мужчина с четками в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Axund nəzir qutusunu soyan adamı şəxsən yaxalayıb və polis gəlincə onu dirəyə bağlayıb videosunu çəkib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Axund: "Şərəfsiz!", oğru: "Sən də işverən". Söhbət Bakıda baş verən qeyri-adi cinayətin iştirakçıları olan bir ruhani ilə bir oğrunun dialoqundan gedir.

Bakıda məsciddə sədəqə yığmaq üçün qoyulmuş qutuda gizlənən kişi saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğrunu Yasamal rayonu ərazisində yerləşən məscidlərdən birinin axundu tutub. Rayonun 28-ci polis bölməsinin əməkdaşlarının gəlişini gözləyənə qədər axund tutduğu adamı dirəyə bağlayıb və onun videosunu çəkib.

Kadrlardan da göründüyü kimi axund saxlanılan şəxsi "şərəfsiz" adlandırır. Ruhaniyə cavabında isə oğurluq üstündə yaxalanan şəxs ona "işverən" deyir. Ruhani də ona təpik atır.

İlkin məlumata görə, saxlanılan kişi nəzir qutusundan 100 manatdan artıq pul oğurlayıb. İstintaq zamanı saxlanılan şəxs deyib ki, onun adı Mirzəyev Anar Tacəddin oğludur. O, 1985-ci ildə anadan olub və Gəncədə yaşayır. Hazırda asayiş keşikçiləri onun dedikləri ilə pasport göstəricilərinin üst-üstə düşüb-düşmədiyini yoxlayırlar.

Araşdırmalar zamanı Yasamal rayonunun hüquq mühafizəçilərinə məlum olub ki, sözügedən şəxs bir neçə gün əvvəl Sumqayıtın Zeynalabdin Tağıyev qəsəbəsindəki məsciddə də analoji oğurluqda iştirak edib.

Oğurluq edən şəxsin kadrları məsciddəki müşahidə kamerasına düşüb. O, elə həmin gün də Yasamal məscidinin axundunun onu yaxalayarkən əynində olan paltarda olub.

Faktla bağlı araşdırma aparılır. Digər analoji oğurluq hadisələrində Mirzəyevin əlinin olub-olmadığı dəqiqləşdirilir.

Xəbər lenti
0