BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Güləş Federasiyasında (AGF) yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, "Futbol+" qəzetinin jurnalisti Sərxan Musalı federasiyaya yeni mətbuat katibi təyin olunub. O, yeni vəzifəsinin icrasına oktyabr ayından başlayacaq.
© Photo : Facebook / Sərxan MusalıGüləş federasiyasının mətbuat katibi Sərxan Musalı
Güləş federasiyasının mətbuat katibi Sərxan Musalı
© Photo : Facebook / Sərxan Musalı
Qeyd edək ki, Mayis Musayev AGF-nin mətbuat katibi postundan bir müddət əvvəl öz istəyi ilə istefa verib. O, hazırda başqa sahədə çalışır.