Rusiyanın ən varlı ailələrinin adları açıqlandı

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidMixail Qutseriyev
Mixail Qutseriyev - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın ən varlı ailələrinin reytinqinə Mixail Qutseriyevin ailəsi başçılıq edir

BAKI, 7 sentyabr — Sputnik. Forbes nəşri 2018-ci ildə Rusiyanın ən varlı ailələrinin reytinqini açıqlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, reytinqə Mixail Qutseriyevin ailəsi başçılıq edir. Bu ailənin ümumi varidatı 5,97 milyard dollar dəyərində qiymətləndirilir. Bununla yanaşı qeyd olunur ki, bu ailə klanı öz üzvlərindən birini — Mikayil Şişxanovu "itirib". Ailənin var-dövləti 2017-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ötən il onların sərvəti 9,91 milyard dollar təşkil edib.

Con Rokfeller - Sputnik Azərbaycan
Dünyanın ən varlı adamı

Forbes ümumilikdə ailə üzvlərindən Mixail Qutseriyevin özünün, Sait-Salam Qutseriyevin, Səid Qutseriyevin və Bilan Ucaxovun varidatını hesablayıb.

Rusiya varlıları reytinqində ikinci yeri Rotenberqlər ailəsi tutub. Onların varidatı 4,85 milyard dollar dəyərində qiymətləndirilir. Bu ailənin üzvləri Arkadi və Boris Rotenberqlər, Arkadinin oğlu İqor və qızı Liliyadan ibarətdir. Nəşrin yazdığına görə, bu ailənin biznesinə 2014-cü ildə ona qarşı tətbiq olunan sanksiyalar mane olub. Bununla belə, cari ildə ailənin sərvəti 650 milyon dollar artıb.

Rus milyarderlər siyahısında üçüncü yerdə Valentin Qapontsev və onun oğlu Denis qərarlaşıb. Onların sərvəti 3,14 milyard dollar dəyərində qiymətləndirilir. Baxmayaraq ki, Qapontsevlər ötən il heç top-10-luğa da daxil ola bilməyib.

Siyahıda ilk beşliyə Şaymiyevlər və Rəhimkulovlar da daxil olub.

Rusiyanın varlı ailələrinin top-10-luğuna həmçinin Sarkisovlar, Şamalovlar, Bajayevlər, Maqomedovlar və Zubitskilər daxil edilib.

Xəbər lenti
0