BAKI, 7 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısında iştirak etmək üçün Tehranda səfərdədir.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində bir sıra türkiyəli rəsmilər Ərdoğanı müşayiət edir. Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə MİT rəhbəri Hakan Fidan bir gün əvvəl İrana gəlib.
Türkiyə prezidenti ilə İran prezidenti arasında ikitərəfli görüş keçiriləcək.
Ərdoğanın Rusiya prezidenti Putin ilə təkbətək görüşü də gözlənilir.
Xatırladaq ki, sentyabrın 7-də Terhanda keçiriləcək görüşə Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani qatılacaq.