Dolu 4 dəqiqəyə məscidin minarəsini dağıtdı — VİDEO

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidDolu
Dolu - Sputnik Azərbaycan
Abunə olmaq
Yağan dolu Çinaraltı məscidinin minarəsini dağıdıb, tarlalara və avtomobillərə zərər verib

BAKI, 7 sentyabr — Sputnik. Türkiyənin Balıkəsir bölgəsində 4 dəqiqə müddətində yağan dolu bir çox fəsadlara səbəb olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Balıkəsirin Kepsut ilçəsində dünən axşam saatlarında dolu yağıb. Yağan dolu Çinaraltı məscidinin minarəsini dağıdıb, tarlalara və avtomobillərə zərər verib.

Hazırda Kepsut ilçə qəsəbə nümayəndəliyi dolu səbəbindən dəyən zərərin miqdarını hesablamağa çalışır.

Xəbər lenti
0