Türkiyəyə tərs şillə: Amerikalı general Ankaranın axtardığı terrorçuyla görüşdü

© Twitter / Special Ops Joint Task Force-OIRAmerikalı general Pol Funk PKK/YPG terror təşkilatının Suriyadakı liderlərindən olan Ferhat Abdi Şahinin görüşü
Amerikalı general Pol Funk PKK/YPG terror təşkilatının Suriyadakı liderlərindən olan Ferhat Abdi Şahinin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşün fotoları, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın rəsmi Twitter hesabından paylaşılıb

BAKI, 7 sentyabr — Sputnik. Amerikalı general Pol Funk PKK/YPG terror təşkilatının Suriyadakı ən yüksək səviyyəli liderlərindən olan Ferhat Abdi Şahinlə görüşüb. Şahin Türkiyədə axtarılan terrorçular siyahısının qırmızı bülletenində yer alır.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Suriyanın şimalındakı Ayn İsa bölgəsi yaxınlığında baş tutan görüşün fotoları, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın rəsmi Twitter hesabından paylaşılıb.

Türkiyə qırmızı bülletenlə axtardığı Ferhat Abdi Şahin başına 4 milyon türk lirəsi dəyərində mükafat qoyub.

Qeyd edək ki, general Pol Funk ABŞ-ın İraq və Suriyada İŞİD ilə mübarizədə vəzifəli şəxslərindən biridir.

Xəbər lenti
0