BAKI, 7 sentyabr — Sputnik. Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə 7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura (6 nəfər) və doktorantura (1 nəfər) səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.