Yaponiya amansız fəlakətlə üzləşib, ölüm-qalım savaşı gedir

© Photo : Mandatory credit Kyodo/via REUTERSJebi qasırğası
Jebi qasırğası - Sputnik Azərbaycan
Abunə olmaq
Gündoğan ölkədə son 25 ilin ən dəhşətli təbii fəlakəti yaşanır

BAKI, 6 sentyabr — Sputnik. Yaponiyada son 25 ilin ən güclü qasırğası baş verir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Jebi qasırğasının gücü saatda 172 kilometrə çatır.

Məlumata görə, Jebi qasırğası zamanı 11 nəfər ölüb, 400 nəfər yaralanıb. Ölkənin baş naziri bildirib ki, təbii fəlakətin meydana çıxardığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Kyodo agentliyinin məlumatına görə, təbii fəlakət səbəbindən bağlanan Kansai hava limanı ilə Osaka dəniz limanı arasındakı körpüyə tanker çırpıldığı üçün 5 mindən artıq adam 18 saat elektriksiz qalıb.

Xəbər lenti
0