Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vergi hesabatları ilə bağlı vacib dəyişikliklər olacaq

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır

BAKI, 6 sentyabr — Sputnik. Bundan sonra vergi hesabatlarını vergi orqanları hazırlayacaq. Bu barədə Sputnik Azərbaycan-a Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir.

Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır: “Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır”.

Xəbər lenti
0