Türkiyə ilk hərbi helikopterini sınaqdan keçirib

Abunə olmaq
Helikopterlər Türk Hava-Kosmik Sənayesi tərəfindən istehsal olunub

BAKI, 6 sentyabr — Sputnik. Türkiyə "T625" adlı yerli istehsal olan hərbi helikopteri uğurla sınaqdan keçirib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, helikopterlər Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nəzarəti altında Türk Hava-Kosmik Sənayesi tərəfindən istehsal olunub.

Türkiyə müdafiə sənayesi naziri İsmail Demir deyib ki, "T625" vertolyotları yerli texnologiya əsasında hazırlanıb. Gələcəkdə bu helikopterin seriyalı istehsalına başlanılacaq.

Xəbər lenti
0