Sabahdan etibarən sürücülərin çətin günləri başlayır

© Photo : AAYDABakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilib
Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil sahiblərindən aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir

BAKI, 6 sentyabr — Sputnik. Paytaxtın Mir Cəlal küçəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr ayının 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq. Küçə boyu hərəkət tam məhdudlaşdırılmır.

Sürücülərdən sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti
0