BAKI, 6 sentyabr — Sputnik. Suriya ordusu İŞİD-in son qalasının alınmasını videoya çəkib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, döyüşün videogörüntüsü Əl–Məsdər News-da yayımlanıb.
Məlumata görə, Suriya ordusu terror qruplaşması İŞİD-in ölkədə son mövqelərinə hücuma davam edir.
Hakimiyyət ordusu artıq Əs–Süveydəni şərqində olan İŞİD-mövqelərinin 2 kilometrliyinə yaxınlaşıb. Məlumata görə, terror təşkilatının qalan hərbi qüvvəsi burada cəmlənib.
Nəticədə 30 İŞİD-çi öldürülüb. Eyni zamanda, hərbçilər böyük miqdarda hərbi avadanlıq ələ keçirib. İki İŞİD döyüşçüsünün Suriya hərbçilərinə təslim olduğu qeyd olunur.