Bu ağac yaşlı kənd müəllimi Nurmuhuma Helavasovun evinə yaxın ərazidə yerləşir. Nurmuhuma müəllim bura gələn yerli və xarici turistlərə bu ağacın tarixi haqqında məlumat verir. Onun bir neçə dildə danışa bilməsi gələn xarici qonaqlara bu ağacın tarixi barədə məlumat verməyə imkan verir.
Yaşlı kənd müəllimi dağdağan ağacının tarixçəsi barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə də danışıb: "Bu ağacın dili olsa, nələr danışar, nələrə şahidlik edib bu ağac… Yaşı mindən artıq olan bu möcüzəvi ağac çox güclüdür. Təsəvvür edin, bu ağacın kökü bizim həyətdən çıxır, kəndin ayağında isə bunun ucu qurtarır".