BAKI, 6 sentyabr — Sputnik. Qusarda illərdir quldurluq edən dəstə polis tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, Qusar rayon polis şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, 17 mənzil oğurluğu və bir quldurluq hadisəsi 10 nəfər rayon sakini tərəfindən törədilib.
Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara dəyən ziyanın 100 min manat dəyərində olduğu müəyyənləşib. Cinayətkar dəstə 2015-ci ildən hazırkı dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurlayıblar.
Həmin şəxslərin 2015-ci ildə beş, 2016-ci ildə altı, 2017-ci ildə üç, 2018-ci ildə isə dörd cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Polis tərəfindən saxlanılan 10 nəfərdən yeddisi barəsində həbs-qətimkan tədbiri seçilib. Üç nəfər nəzarətə götürülüb.