BAKI, 6 sentyabr — Sputnik. Ötən gün Bakının mərkəzində kişi meyiti aşkarlanıb. Sputnik Azərbaycan News24.az-a istinadla xəbər verir ki, paytaxtın "Tarqovı" adlandırılan hissəsində (Nizami küçəsində) skamyada ölmüş 38-40 yaşlarında şəxsin cansız bədəni tapılıb. Məlumata görə, ölən şəxsin üzərində şəxsiyyətini müəyyən edən sənədlər olmayıb.
Hadisə yerinə gələn təcili yardım briqadası şəxsin artıq ölmüş olduğunu təsdiqləyib. Polislər onun kimliyinin hələ ki, məlum olmadığını söyləyiblər.