BAKI, 5 sentyabr — Sputnik. Respublika Narkoloji Dispanserindən (RND) verilən statistikaya görə, ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur: "İstifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar".
Nazirlik qeyd edir ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.