BAKI, 5 sentyabr — Sputnik. Amerika ilə Türkiyə arasında münasibətlərdəki gərginliyin səbəbkarı elan edilmiş rahib Endryu Bransonun vəkili Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, vəkil İsmail Cem Halavurt hələlik müraciət etmədiklərini bildirib: “Hələmüraciət etməmişik. Bir ay vaxtımız var. Bir ay müddətində Konstitusiya Məhkəməsinə müraciət edəcəyik”.
Xatırladaq ki, rahib Endryu Branson İzmirdə PKK və Fətullahçı Terror Təşkilatı (FETÖ) adından cinayət işlədiyi və casusluq etmək ittihamı ilə həbs edilib.